Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan və Albaniya arasında qarşılıqlı əməkdaşlıq daha da möhkəmlənəcək

0

  •        30 il işğal altındakı torpaqlarını azad etmək üçün çalışan Azərbaycanın haqq səsini çox təəssüf ki , demokrat donuna bürünmüş , müsəlman qanına susamış Qərbin bəzi dövlətləri eşitmək istəmədilər . Bundan ruhlanan erməni faşistləri nəinki torpaqları azad etdilər , hətta yeni Azərbaycan ərazilərini işğal etmək niyyətində olduqlarını da açıq - aşkar dilə gətirirdilər . Erməni faşistləri torpaqların işğaldan azad edilməsi üçün​ heç bir çıxış qoymamışdılar . Onlar hətta, BMT Təhlükəsizlik Şurasının Ermənilərin işğala məruz qoyduqları Azərbaycan ərazilərindən qeyd - şərtsiz çıxmaları haqqında qəbul etdikləri qətnamələrə də əməl etmirdilər. Belə olan tərzdə Azərbaycanın güc yolu ilə öz ərazilərini işğaldan azad etməkdən başqa çarəsi qalmırdı .​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Ermənistan - Azərbaycan danışıqlarına vasitəçilik edən ATƏT - in Minsk qrupu da demək olar ki , heç bir iş görmürdü . Onlar yalnız mövcud satus - kvonu saxlamağa çalışır , Ermənistanın Azərbaycan torpaqlarındakı işğalını möhkəmləndirmək üçün tez - tez bu münaqişənin hərbi həlli yoxdur deyə bizi işğal faktoru ilə barışmağa çalışırdılar. Təbii ki, ölkəmiz işğal faktoru ilə barışa bilməzdi . Azərbaycan 2020 - ci ilin sentyabr ayında növbəti erməni təxribatı nəticəsində əks hücum əməliyyatına başladı. Müzəffər Azərbaycan ordusu cəmi 44 gün ərzində mənfur düşməni torpaqlarımızdan qovub çıxartdı və erməniləri ağ bayraq qaldırıb kapitulyasiya aktına imza atmağa məcbur etdi. Artıq , Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi Qarabağ problemi deyilən bir problem yoxdur . İndi Azərbaycanı erməni vəhşiliyi nəticəsində dağıdılmış , talan edilmiş şəhər və kəndlərimizin bərpası və vaxtilə öz dədə - baba torpaqlarından qovulmuş insanların tezliklə yurdlarına qayıdışını təşkil etmək düşündürür .​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Məlumdur ki , indi ölkəmiz bölgədə dayanıqlınsülhün yaranması üçün səy göstərir. Bu baxımdan Ölkə Başçısı cənab İlham Əliyev tez - tez xarici ölkələrə səfər edir , bir çox beynəlxalq görüş və forumlarda iştirak edir . Azərbaycan Prezidenti bu yaxınlarda belə görüşlərdən birini də Albaniya respublikasına etmişdir. 15 noyabr 2022- il tarixdə baş tutan səfər zamanı Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Albaniyanın dövlət və hökumət başçıları ilə görüşlər keçirilmişdir . Azərbaycan Prezidenti Albaniya Prezidenti Bayram Beqay tərəfindən yüksək qonaqpərvərliklə qarşılanmışdır. İki ölkə Prezidentlərinin təkbətək görüşündən sonra onlar mətbuata açıqlama vermişlər. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Azərbaycan Prezidenti qeyd etmişdir ki, əhalisinin 64 faizi müsəlmanlardan ibarət olan Albaniya dövləti arasında səmimi ikitərəfli əməkdaşlıq mövcuddur . Bütün beynəlxalq tədbirlərdə hər iki dövlət bir - birlərini dəstəkləmişlər . Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələr çox önəmli rol oynayıblar . Azərbaycan Prezidenti qeyd etmişdir ki , bu onun Albaniyaya ilk səfəri olsa da Albaniyanın dövlət başçıları dəfələrlə Azərbaycana səfər etmişlər və ölkələrimiz arasında gözəl qarşılıqlı əməkdaşlıq əlaqələri mövcuddur. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Albaniya həm də NATO - ya üzv olan dövlətdir. Azərbaycan da NATO ilə əməkdaşlıq edən , lakin NATO üzvü olmayan dövlətdir . Azərbaycan alyansın Əfqanıstandakı Sülhməramlı kontingetinin tərkibində sülhməramlı missiya həyata keçirmişdir . Azərbaycan sülhməramlıları Türkiyə sülhməramlı kontingenti ilə birlikdə sonuncu olaraq Əfqanıstanı tərk etmişdir . Bu da Azərbaycana olan güvən və etimadın nəticəsidir . Görüş zamanı Azərbaycan və Albaniya arasında qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsi haqqında fikir mübadiləsi də aparılmışdır . Azərbaycanın Ölkə Başçısı cənab İlham Əliyev Albaniya prezidenti Bayram Beqayı ölkəmizə rəsmi səfərə dəvət etmişdir . Azərbaycan prezidenti İlham Əliyevin Albaniyaya səfəri ölkələrimiz arasındakı mnasibətlərə yeni müsbət çalarlar gətirəcəkdir.Orxan Məmmədov,Xocalı rayon gənci,  Vətən müharibəsi iştirakçısı 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib47 dəfə
    Azərbaycan Albaniya arasında qarşılıqlı əməkdaşlıq daha da möhkəmlənəcək

    Maraqlı gələ bilər
    0
    88
    53
    17